Şirkət haqqında
Abdolbari Gözəl tərəfindən təsis edilən “Azərsun Holdinq” 1991-ci ildə Azərbaycanda
fəaliyyətə başlayıb.
Qeyri-qida sahəsində “Azərsun Holdinq”in təmsil olunduğu əsas sahələrdən biri də kağız,
karton və tənəkə qutu istehsal sənayesidir. İlk fəaliyyəti olaraq 1997-ci ildə illik
istehsal gücü 2 mln qutu olan kağız istehsalı müəssisəsi hazırda hər növ kağız dəsmalı,
tualet kağızı, qutu və mətbəx dəsmalları, nəm salfetlər istehsal edir.
Qeyri-qida sahəsində növəti addıma keçid 18 mart 2021 ci il tarixində təmizlik fabrikinin
bünövrəsinin qoyulması ilə oldu. Sumqayıt şəhərində yerləşən fabrikimizdə ilk istehsalımız
30 oktyabr 2022-ci il tarixində olmuşdur.